Bu barədə APA voanews.com-a istinadən xəbər verir.
İnternetdə yerləşdirilən bəyanatda Nasir Əl-Vahisi amerikalılara deyib
ki, Bin Ladenin ölümündən sonra cihadın közərtiləri daha parlaqdır və
gələcəkdə baş verənlər daha pis olacaq.
Bu arada ABŞ senatoru Con Kerri elan edib ki, Bin Ladenin məhvindən
sonra münasibətlərdə yaranmış gərginliyi aradan qaldırmaq üçün
Pakistana səfər edəcək.
Bin Ladenin Pakistanın daxilində gizləndiyinin aşkar edilməsi və ABŞ
reydi nəticəsində onun öldürülməsi Pakistanla münasibətləri
gərginləşdirib.