Pakistanda
Üsamə bin Ladenə qarşı keçirilən hərbi əməliyatı birbaşa izləyən
yüksəkçinli ABŞ məmurlarının foto-şəkilləri senzuraya məruz qalıb. Belə
ki, ABŞ dövlət katibi Hillari Klinton və terrorla mübarizə idarəsinin
sədri Odri Tomasonun şəkli ümumi fotodan çıxarılıb. Broklində nəşr
olunan, radikal yəhudilərə aid "Der Zeitung" qəzetinin bu addımı
atmasının səbəbi hər iki şəxsin qadın olmasıdır. Qəzetin bu cür
hərəkətinin səbəbi isə qadınları qüvvətli mövqedə göstərməmək olduğu
bildirilir.
Xatırladaq ki, daha əvvəl analoji addımı atmış İran mətbuatı uzun müddət qərbin və Amerikanın tənqid hədəfi olub.