Meksikanın cənubundakı Tustla-Quterres şəhəri yaxınlığında saxlanılan yük maşınındakı miqrantların məqsədi ABŞ-a getmək olub.
Polis maşının yük yerini xüsusi rentgen qurğusu ilə işıqlandırıb və bu
zaman gözlənilməz mənzərənin şahidi olub. Miqrantlar bir neçə saat
ərzində susuz və hava çatışmazlığı şəraitində maşınların yük yerlərində
gəliblər. İçəri çox isti olub. Miqrantlar arasında 32 qadın və 4 uşaq
da olub.
İnsan ticarətində şübhəli sayılan 4 nəfər saxlanılıb. Polis bildirib
ki, bu, qeyri-insani şəraitdə saxlanılan qeyri-qanuni miqrantların
xilas edilməsi ilə bağlı keçirilən ən böyük əməliyyatdır. Hər bir
miqrant ABŞ-a keçmək üçün insan ticarətçilərinə 700 dollar ödəyib.
Miqrantlar əsasən Qvatemala, Ekvador, Salvador, Çin, Yaponiya, Nepal və
Hindistan vətəndaşlarıdır.