YUMURTA ALARKƏN NƏLƏRƏ DİQQƏT ETMƏLİ?
Keyfiyyətli yumurtanın qabığı təmiz, ləkəsiz və zədələnməmiş olmalıdır
Yumurta alarkən ehtiyatlı olmaq lazımdır. İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti vətəndaşları xəbərdarlıq edir ki, keyfiyyətsiz yumurtadan zəhərlənmə ilə yanaşı müxtəlif xəstəliklər yarana bilər. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yumurta mağazaya qəbul edilərkən onun baytar həkimi tərəfindən yoxlanılması ilə bağlı sənədləri və sertifikatı tələb olunmalıdır.
Belə ki, kənd yumurtası adı altında satılan, fərdi təsərrüfatlarda toyuq o qədər də çox olmadığından yumurta günlərlə yığılır və lazımı temperaturda saxlanılmadıqda keyfiyyətini itirir.
Yumurta qidalılıq dəyərinə görə yüksək keyfiyyətli və orqanizmdə 97-98% mənimsənilən ərzaq məhsuludur. Yumurtanın tərkibində tam dəyərli zulallar, yağlar, lesitinlər, vitaminlər və mineral maddələr var. Yumurta maddələr mubadiləsin
...
Read more »